Suqovuşan istirahət parkında birinci mərhələ ilə bağlı işlər artıq başa çatıb. Gələcəkdə burada əyləncə növləri üzrə zonalar yaratmaq nəzərdə tutulur.
NUHÇIXAN xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Dövlət Turizm Agentliyinin baş memarı Nizami Qasımzadə deyib.
Onun sözlərinə görə, ikinci mərhələdə parkda piknik zonalarının yaradılması, körpü salınması planlaşdırılır.