Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonunda xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə oktyabrın 17-də Füzulidə keçirilən Şəhər günü maraqlı konsert və təqdimatlarla yadda qalıb.
Mədəniyyət Nazirliyindən NUHÇIXAN-a verilən məlumata görə, tədbir çərçivəsində günün sonunda "Natiq" ritm qrupu və müğənni Murad Arifin Füzuli sakinləri üçün konsert proqramları təqdim olunub.
Tamaşaçılar ifaları hərarətlə qarşılayıblar. Füzuli Şəhəri Günü möhtəşəm atəşfəşanlıqla başa çatıb.