Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 27-də, saat 19:00-da Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyevanın Heydər Əliyev Sarayında solo konserti keçiriləcək. Konserti Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestri müşayiət edəcək.
Orkestrin dirijoru beynəlxalq müsabiqələr laureatı Orxan Həşimov və Prezident mükafatçısı Cahangir Qurbanov, konsertmeyster Azərbaycan Respublikasının Əməkdar artisti Nərgiz Əliyevadır.
Biletləri Heydər Əliyev Sarayının və Naxçıvan Dövlət Milli Dram Teatrının kassasından əldə edə bilərsiniz.