Naxçıvanlı rəssamlar Türkiyə-Azərbaycan qardaşlıq sərgisində iştirak edirlər - VİDEO

A- A A+

NUHÇIXAN xəbər verir ki, Ümummilli Liderin anadan olmasının 100 illiyi, eyni zamanda Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibətilə Çorum şəhərində Türkiyə-Azərbaycan qardaşlıq sərgisi keçirilir. 

Sərginin açılışını tədbirin təşkilatçısı, Naxçıvan MR Rəssamlar Birliyinin üzvü Nilgün Ayşecik Çevik açaraq bildirib ki, belə tədbirlər hər iki qardaş ölkə arasında mədəni bağların daha da möhkəmlənməsinə xidmət edəcək. Nilgün Ayşecik Çevik sərgi iştirakçılarını təbrik edib, uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Naxçıvan MR Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam Ülviyyə Həmzəyeva, Naxçıvan Müəllimlər İnstitutu incəsənət fakültəsinin kafedra müdiri Həbibə Allahverdiyeva, Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin dekanı, Əməkdar rəssam Cavid İsmayılov, Çorum bələdiyyəsinin sədri Halil İbrahim Aşqın çıxış edərək Türkiyə ilə Azərbaycanın tarixən mövcud olan dostluq, qardaşlıq əlaqələrindən danışıblar.

Ülviyyə Həmzəyeva bələdiyyə sədrinə xatirə hədiyyələri təqdim edib.

Qeyd edək ki, sərgidə Naxçıvan Rəssamlar Birliyindən 40 rəssamın 100 ədəd müxtəlif mövzularda işlədiyi rəsm, mis üzərində döymə, taxta üzərində yandırma, miniatür və qoblen sənət növündən nümunələr tamaşaçılara təqdim olunur. Sərgi 3 gün davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: