Naxçıvan Teatrı I Beynəlxalq TÜRKSOY Teatr Festivalında iştirak edəcək - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən I Beynəlxalq TÜRKSOY Teatr Festivalında iştirak edəcək. Yaradıcı heyət fransız yazıçısı Viktor Hüqonun “Edama məhkumun son günü” əsərinin motivləri əsasında səhnələşdirilən eyniadlı tamaşa ilə oktyabrın 31-də, saat 19:00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində teatrsevərlərin qarşısına çıxacaq.

Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Mir Qabil Əkbərov, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov, xoreoqrafı Lamiyə Əliyevadır. Səhnə əsərində rolları Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşiyev, Mehri Nəbiyeva və Məmməd Mehdiyev ifa edir.

Psixoloji dram janrında olan tamaşada ölüm hökmünə məhkum olunmuş yoxsul bir atanın edam olunacağı ana qədər yaşadığı iztirablar, keçirdiyi sarsıntılar əks olunub.

Qeyd edək ki, oktyabrın 30-da teatrın yaradıcı heyəti eyniadlı tamaşanı Sumqayıt Dövlət Dram Teatrında nümayiş etdirib.

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: