Ərzurum şəhərində Türkiyə Cümhuriyyətinin və Ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə rəsm sərgisi açılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Ərzurum şəhərində Naxçıvan Rəssamlar Birliyinin və Azərbaycanın Qarsdakı Baş Konsulluğu tərəfindən Türkiyə Cümhuriyyətin və Ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə rəsm sərgisi açılıb. Sərgidə naxçıvanlı rəssamların 80 əsəri yer alıb.

Sərgi Ərzurum Valiliyi ilə Mədəniyyət və Turizm Müdirliyinin təşkilatçılığı ilə tarixi abidə olan Cüt Minarəli Mədrəsədə yaradılıb.

Sərginin açılışında Ərzurum Valisi Mustafa Çiftçi, 

Azərbaycanın Qarsdakı Baş Konsulu Nuru Quliyev, Naxçıvan MR Rəssamlar Birliyinin sədri, millət vəkili Ülviyyə Həmzəyeva çıxış edib, Türkiyə-Azərbaycan dostluğundan danışıblar. 

Mədəni əlaqələrimizin genişləndirilməsi istiqamətində görülən işlərin fonunda sərginin keçirilməsinin əhəmiyyəti qeyd olunub.

Çıxışlardan sonra rəssamların əsərlərinə baxış olub. Rəssam Qəhrəman Tağıyevin "Atatürk" əsəri

Ərzurum valiliyinə hədiyyə edilib. Türkiyəli tamaşaçılar sərgini maraqla izləyiblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: