Dünyaşöhrətli 4 əsas səyahətçilər şəbəkəsindən biri olan “NomadMania” klubunun 26 ölkəni (ABŞ, Kanada, İsveçrə, Britaniya, Danimarka, Almaniya, Avstriya, Polşa, Finlandiya, Norveç, İspaniya, Macarıstan, Rumıniya, Portuqaliya, Sinqapur, Avstraliya və s.) təmsil edən 50 nəfərə yaxın heyət üzvləri Qarabağa və Şərqi Zəngəzura səfəri çərçivəsində ilk olaraq Şuşa şəhərinə gəliblər.
NUHÇIXAN xəbər verir ki, beynəlxalq səyahətçilər səfər zamanı Şuşa şəhərinin tarixi məkanları və əsrarəngiz təbiəti, işğaldan azad olunandan sonra şəhərdə Azərbaycan dövlətinin həyata keçirdiyi bərpa-quruculuq işləri ilə tanış olacaqlar.