Azərbaycan musiqisinin inkişaf strategiyasında Heydər Əliyev irsi

A- A A+

Musiqi insanların hisslərini, özünü ifadə etmək və başqaları ilə əlaqə qurmaq üçün istifadə etdikləri bir yoldur. Eyni zamanda hər insanın fərqli musiqi və incəsənət zövqü var. Bir insanın incəsənət, musiqi və mədəniyyətə olan marağı onun həyat təcrübəsini, dünyagörüşünü və daxili dünyasını ifadə edir. Ümummilli Lider Heydər Əliyev qeyd edirdi ki: “Mədəniyyətin, incəsənətin, xüsusilə də musiqinin, mahnının oynadığı rolu heç bir vasitə oynaya bilməz”.

Ulu Öndər Heydər Əliyev hər zaman milli mədəniyyətimizə və musiqiyə xüsusi qayğı ilə yanaşıb. Azərbaycanın milli mədəniyyətinin dünyada tanıdılması üçün böyük işlər görülüb, xüsusi və fəxri adlar təsis edilib. Təbii ki, bu da ölkəmizin mədəni inkişafında mühüm rola malik olub. Məhz Ümummili Lider Heydər Əliyev Azərbaycan musiqisinin və sənətinin canlanması, inkişafı və tanınması üçün əlindən gələni əsirgəməyib.

Göründüyü kimi Azərbaycan tarixində nadir, bənzərsiz bir şəxsiyyət olan Ulu Öndər Heydər Əliyev ölkəmizdə bütün sahələrdə olduğu kimi mədəniyyətimizin, incəsənətimizin və eləcə də milli musiqimizin inkişafına və təbliğinə xüsusi diqqət ayırmışdır. Ulu Öndərin uzaqgörənliyinin nəticəsidir ki, bu gün Azərbaycanın sənət irsi dünya səhnəsində daha geniş tanınır.

Ulu öndər Heydər Əliyevin apardığı uğurlu siyasət hazırda onun davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə Azərbaycan musiqisi müasir dövrdə daha da inkişaf edərək dünyada daha geniş auditoriyaya yayılır. Mehriban Əliyeva Azərbaycanın Birinci Vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti kimi musiqi və mədəniyyət sahəsində böyük təşəbbüslərə rəhbərlik edir. Bu təşəbbüslər sayəsində Azərbaycan musiqisi daha çox tanınır və beynəlxalq arenada daha geniş maraqla qarşılanır.

Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycanın milli musiqisi, dünya musiqi mədəniyyətinin dəyərli və unikal bir hissəsinə çevrilib. Müasir dövrün tələbatları və imkanları daxilində, Azərbaycanın milli musiqisi daha da geniş yayılaraq dünyada tanınır və sevilir. Bir sözlə Azərbaycan musiqisinin inkişaf strategiyasında Heydər Əliyev iris layiqincə yaşadılır və bunun bəhrəsini hər birimiz yaxından hiss edirik.

 

Vüsalə Əmiyev-Kəngərli

Naxçıvan şəhər M.Məmmədov adına 1 nömrəli Uşaq Musiqi məktəbinin şöbə müdiri

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: