Flamand rəssamının tablosu auksionda 883 min dollara satıla bilər

A- A A+

Klara Petersin natürmortu 500 mindən 700 min funt sterlinqə qədər (631 min dollardan 8883 min dollara) satıla biləcək auksiona göndərilib. Həmin incəsənət əsəri indiyədək təxminən 200 il ərzində Belçikadakı şəxsi kolleksiyada saxlanılıb.

NUHÇIXAN xəbər verir ki, rəsm əsərinin tam adı “Qızılgül, qərənfil, zanbaq, nərgiz, iris, dumanda sevgi, xəndəkotu və üzəri kəpənək və işıldaquş ilə bağlı toxunmuş səbətdə olan digər çiçəklər”dir. Kətanın üzərində toxunmuş səbətin içərisində parlaq çəhrayı, ağ və sarı çiçəklər təsvir olunub. Onların bir neçəsi solub, kəpənək və işıldaquş isə ləçəklərin arasında yer alıb.

Nyu-Yorkdakı “Sotheby's” auksionunun vitse-prezidenti və qədim ustalar üzrə mütəxəssis Elizabet Lobkoviç deyib: “Rəsm əsəri bu yaxınlarda yenidən kəşf edilib, çünki onun haqqında heç vaxt mətbuatda yazılmayıb. Bu tabloda Petersin böyük əsərlərinin hamısına məxsus olan fərqli xüsusiyyətlər var”.

Flamand rəssamı Klara Peters XVII əsrin birinci yarısının unudulmuş rəssamlarından biridir. Həmin dövrdə Niderlandda kişi rəssamlar arasında böyük rəqabət səbəbindən qadın rəssamların əsərlərinə maraq olmayıb.

“Sotheby's” auksionunun bəyanatında deyilir: “Şübhəsiz ki, Klara Peters natürmort janrında yaradan digər rəssamlar, o cümlədən Reyçel Ryuş və Mariya van Osterveyk üçün yol açmış pioner olub”.

Klara Petersin indiyədək ən bahalı rəsm əsəri 1998-ci ildə 1,7 milyon dollara satılmış “Küp və pendir boşqabı ilə natürmort” tablosu olub. Əgər indi aşkar edilmiş natürmort daha bahalı qiymətə satılarsa, o, rəssamın ən qiymətli əsərləri sırasına daxil olacaq.

Elizabet Lobkoviçin sözlərinə görə, rəsm əsəri çox heyranedicidir və əla vəziyyətdə qorunub saxlanılıb. O əlavə edib: “Onun çox kiçik ölçüdə olması, amma böyük vizual təsir göstərməsi məni daha çox cəlb edir. Bu, ustalıqla təsvir edilmiş çiçəklərin və detalların kaleydoskopudur”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: