Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, ötən ay Naxçıvan muzeyləri 30 min 244 nəfər yerli, 16 min 87 nəfər əcnəbi olmaqla, ümumilikdə 46 min 331 nəfər tərəfindən ziyarət edilib.
Muxtar respublikada fəaliyyət göstərən muzeylərdə nümunəvi xidmət göstərilməsi, əməkdaşlarının peşə biliklərinin artırılması, yeni eksponatlarla zənginləşdirilməsi də diqqətdə saxlanılır. Belə ki, noyabr ayında muzeylərə 57 yeni eksponat daxil olub, seminar-treninq təşkil olunub.
Həmçinin ümumtəhsil məktəblərinin şagirdlərinə əlamətdar və tarixi günlər, görkəmli şəxsiyyətlər, tarix və mədəniyyətimizlə bağlı müxtəlif mövzularda 34 açıq dərs və 21 mühazirə keçirilib, müxtəlif tədbirlər gerçəkləşib.