Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” adlı sərgi təşkil olunub - VİDEO
Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsi, Qərbi Azərbaycan İcması və Naxçıvan Rəssamlar Birliyinin təşkilatçılığı ilə Qərbi Azərbaycan mədəni irsini, tarixini yaşatmaq məqsədilə tanınmış rəssamların əsərlərindən ibarət "Hər birimiz Qərbi azərbaycanlıyıq" devizi altında rəsm sərgisinin açılışı olub. Sərgidə 15 rəssamın 32 əl işi sərgilənir. Sərgi bir həftə Naxçıvan ictimaiyyəti üçün açıq olacaq.
NUHÇIXAN Naxçıvan televiziyası əməkdaşlarının hazırladıqları videomaterialı təqdim edir: