“Qəlblərdə əbədi yaşayacaq Ulu Öndər” adlı tədbir keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Culfa Rayon Mədəniyyət Sarayında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım gününə həsr olunmuş “Qəlblərdə əbədi yaşayacaq Ulu Öndər” adlı tədbir keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müstəqil Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Culfa Rayon Mədniyyət şöbəsinin müdiri Pərvin Həsənov, Culfa Rayon İcra Hakimiyyəti başçısı yanındafəaliyyət göstərən yetkinlik yaşına yatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Vüsal Möhbalızadə, Culfa Rayon Mədəniyyət Sarayının direktoru Səriyyə Salahova tədbirdə çıxış edərək bildiribər ki, Ulu Öndər Heydər Əliyev özünün titanik fəaliyyəti və qətiyyətli qərarları ilə müstəqilliyimizin formalaşmasında, ölkədə sabitliyin əldə olunmasında, həmçinin, Azərbaycanın dünya ölkələri arasında nüfuzunun yüksəldilməsində müstəsna xidmətlər göstərib. Məhz buna görə də, xalqımız Ümummilli Lider Heydər Əliyevi müasir, müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu adlandırıb. Ümummilli Lider Heydər Əliyevin müdrikcəsinə söylədiyi "Azərbaycan dünyaya günəş kimi doğacaq" fikrini xatırladaraq Ulu Öndərin layiqli davamçısı Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sayəsində bunun artıq realllıq olduğu qeyd edilib.

Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəailəyyətindən bəhs edən “Əsrin Adamı” filmi nümayiş olunub və bədii hissədə “Heydər Əliyev” adlı şeirin qiraəti ilə tədbir yekunlaşıbdır.

                               Səriyyə Salahova

Culfa Rayon Mədəniyyət Sarayının direktoru

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: