Mədəniyyət Nazirliyi anım tədbiri təşkil edib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvanın Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə bağlı “Xalqa bağışlanan ömür” adlı tədbir keçirilib.
Heydər Əliyev muzeyində baş tutan tədbirdə əvvəlcə xalqımızın müdrik oğlu Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov ulu öndərin mədəniyyətimizin inkişafı sahəsində müstəsna xidmətlərindən danışıb.
Heydər Əliyev Muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi Ramil Orucəliyev “Ümummilli lider Heydər Əliyev və qalib Azərbaycan” mövzusunda çıxış edib. Vurğulanıb ki, Prezident İlham Əliyev Ulu öndərin yoluna, onun ideyalarına sadiqlik nümayiş etdirərək müstəqil dövlətimizi tarixinin ən qüdrətli dövrünə, xalqımızı ən böyük qələbəyə yetirdi.
Tədbir iştirakçıları dünya şöhrətli siyasətçinin xalqımız və dövlətçiliyimiz qarşısındakı müstəsna xidmətlərinən bəhs edən “Xalqa bağışlanan ömür” filmini izləyiblər.
Anım tədbiri muzeyin ekzpozisiyasına baxışla sona çatıb.