Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən “Heydər Əliyev həftəsi” elan olunub

A- A A+

Naxçıvan Muxtar Respbublikasının Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlunata görə, ölkə başçısı İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən ilin son həftəsi (25-29 dekabr) “Heydər Əliyev həftəsi” elan olunub. Həftə ərzində Ulu öndərin mədəniyyətimiz qarşısındakı müstəsna xidmətlərinə həsr olunmuş silsilə tədbirlər gerçəkləşəcək, tamaşa və film nümayiş olunacaq.

Belə ki, “Heydər Əliyev həftəsi” çərçivəsində “Heydər Əliyev və Azərbaycanda kitabxanaların inkişafı”, “Heydər Əliyev və Azərbaycan musiqisi” mövzusunda tədbirlər, “Ümummili Lider Heydər Əliyevə həsr olunmuş və onun sevdiyi mahnıların ifaçılıq müsabiqəsi” baş tutacaq, həmçinin Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı tərəfindən A.Babayevin “Xilaskar” tamaşası nümayiş olunacaq.

“Heydər Əliyev həftəsi” 29 dekabr tarixdə Ümummilli Liderə həsr olunmuş filmin nümayişi ilə yekunlaşaçaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: