Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə dair Tədbirlər Planı təsdiq edilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə dair Tədbirlər Planı” təsdiq edilib.

Nazirlikdən NUHÇIXAN-a verilən məlumata görə, bununla bağlı nazir müavini, nazir vəzifəsinin müvəqqəti icraçısı Həsən Seyidov əmr imzalayıb. Tədbirlər Planında il ərzində konsert proqramlarının keçirilməsi, kitabxana və muzeylərdə Naxçıvan Muxtar Respublikası – 100 mövzusunda guşələrin yaradılması, mədəni kütləvi tədbirlərin keçirilməsi, musiqi, bədii və rəsm əsərlərindən ibarət sərgilərin və festivalların, müsabiqələrin, muzeylərlə təhsil müəssisələri arasında interaktiv dərslərin keçirilməsi, 100 illik yubileyə həsr olunmuş hədiyyə və suvenirlərin hazırlanması nəzərdə tutulur.

Bundan başqa, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı tamaşanın hazırlanması, nümayiş etdirilməsi, ölkənin rayonlarına və xarici ölkələrə qastrol səfərlərinin təşkili, “Naxçıvanın 100 mədəniyyət abidəsi” adlı albomun hazırlanması, “Folklor Festivalı”, bədii qiraət müsabiqəsi və digər tədbirlərin həyata keçirilməsi də planlaşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: