Kastamonu bələdiyyə sədri: TÜRKSOY-un Nəsimi barədə qərarı türk dünyasının ortaq maraqlarına xidmət edir
TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının 36-cı iclasının Türkiyənin Kastamonu şəhərində qəbul etdiyi qərarlar bütün türk dünyası üçün uğurludur.
NUHÇIXAN xəbər verir ki, bu fikri jurnalistlərə açıqlamasında Kastamonu şəhər bələdiyyəsinin sədri Tahsin Babaş TÜRKSOY-un Daimi Şurasının 36-cı iclasının qərarlarını şərh edərkən ifadə edib. 2018-ci ildə türk dünyasının mədəniyyət paytaxtı elan olunmasını Kastamonu şəhəri üçün böyük faydalar gətirdiyini diqqətə çatdıran bələdiyyə sədri bu çərçivədə həyata keçirilən layihələrin əhəmiyyətini yüksək dəyərləndirib.
Bələdiyyə sədri qeyd edib ki, TÜRKSOY Daimi Şurasının 36-cı iclasının böyük Azərbaycan şairi Nəsiminin yaradıcılığının dünya birliyinə çatdırılması barədə qərarı türk dünyasının ortaq maraqlarını əks etdirir. TÜRKSOY-un gələcək fəaliyyətinə uğurlar arzulayan bələdiyyə sədri Kastamonudan Azərbaycana isti və səmimi salamlarını çatdırıb.