“Sehrli xalat”ın Rəşidi ABŞ-də vəfat edib

A- A A+

“Sehrli xalat” filmində baş rolun ifaçısı Azər Qurbanov 69 yaşında vəfat edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov feysbuk hesabında məlumat yayıb.

O bildirib ki, Azər Qurbanov bir müddət əvvəl ağır xəstəlikdən Amerika Birləşmiş Ştatlarında (ABŞ) həyatını itirib.

Qeyd edək ki, Azər Qurbanov 1955-ci ildə Balakəndə anadan olub. O, sözügedən filmdə Rəşid obrazını canlandırıb. “Odessa” kinostudiyasının istehsalı olan “Göy quş”, “Hakim”, “Xarici qadın”, “Külək” filmlərində çəkilib. 1992-ci ildən ABŞ-nin Nyu-Cersi ştatının Şort-Hills şəhərciyində yaşayırdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: