Bir qrup gəncə 2024‑cü il Gənclər üçün Prezident mükafatları verilib - SƏRƏNCAM

A- A A+

Prezident İlham Əliyev fevralın 1-də "2024-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında" sərəncam imzalayıb.

NUHÇIXAN-ın məlumatına görə, sərəncamda deyilir:

"Gənclər üçün Prezident mükafatına namizədlərin seçilməsi üzrə Ekspert Komissiyasının təklifinə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 109 cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2024 cü il Gənclər üçün Prezident mükafatları verilsin:

Abdullayeva Gülnar Rizvan qızı

Ağamirova Rəvanə Seymur qızı

Ağazadə Taryel İsa oğlu

Allahverdiyev Ayxan Elman oğlu

Baxışova Rzayeva Kimyəxanım Ziyad qızı

Məhərrəmova Zərifə Hüseyn qızı

Məmmədov Ulucay Akif oğlu

Məmmədova Dinara Bəxtiyar qızı

Məmmədova Fatimə Nizami qızı

Mirələmli Pərviz Atamalı oğlu".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: