Prezident İlham Əliyev “Aviasiya haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb.
NUHÇIXAN xəbər verir ki, Nazirlər Kabineti: üç ay müddətində ölkə qanunlarının və prezident aktlarının yeni qanuna uyğunlaşdırılması barədə təkliflərini, eləcə də qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihəsini hazırlayıb dövlət başçısına təqdim etməlidir.
Bundan başqa, prezidentə eksperimental aviasiya üzrə dövlət siyasətini, tənzimləməsini və nəzarəti həyata keçirən “orqan (qurum)” barədə, hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair dövlət proqramı ilə bağlı təkliflər təqdim edilməli, eləcə də aşağıdakı normativ hüquqi aktlar təsdiq edilərək ona məlumat verilməlidir.
- aerodromyanı ərazi hüdudlarında torpaq sahəsinin və daşınmaz əmlakın istifadəsinə, həmçinin həmin ərazidə iqtisadi və digər fəaliyyətin həyata keçirilməsinə uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə nəzarətin həyata keçirilməsi qaydası;
- digər dövlətdə qeydiyyatda olan mülki hava gəmilərinin uçuşa və istismara yararlılığının təmin edilməsi, uçuş heyətinə və uçuş sənədlərinə dair tələblərin həyata keçirilməsi qaydası;
- uçuş qaydalarını pozan hava gəmisi yerə endirildikdən və pozuntunun səbəbləri aydınlaşdırıldıqdan sonra uçuşun davamına icazə verilməsi qaydası;
- xidmət təminatçıları tərəfindən göstərilən hava limanları xidmətlərinə və aeronaviqasiya xidmətlərinə görə yığımların məbləğinin hesablanması qaydası;
- mülki hava limanları və (və ya) aerodromların istismara yararlılıq, aeronaviqasiya təchizatı və təminatı, təhlükəsizlik tələblərinin təminatı baxımından sertifikatlaşdırılması, hava limanlarına və (və ya) aerodromlara uyğunluq sertifikatının alınması, onların dövlət qeydiyyatına alınması qaydaları;
- hava limanları və (və ya) aerodromların layihələndirilməsi və istismarına dair tələblər;
- hava limanları və aerodromların təhlükəsizlik zonalarında binaların, qurğuların və obyektlərin yerləşdirilməsinə razılıq verilməsi qaydası;
- aviasiyanın ətraf mühitə təsirinin azaldılması qaydası;
- helikopter meydançalarının layihələndirilməsinə, tikintisinə və texniki göstəricilərinə dair digər tələblər;
- aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın tərkibini və fəaliyyət qaydası;
- hava gəmilərinin dövlət qeydiyyatının və uçotunun aparılması, mülki hava gəmilərinin dövlət reyestrinə daxil edilməsi və çıxarılması qaydası;
- mülki hava gəmilərinə sertifikatların verilməsi, növ dizaynında dəyişiklik və ya onların təmiri, onların uçuşa yararlılıq və ətraf mühitin mühafizəsi üzrə tələblərin müəyyən olunması qaydaları;
- mülki hava gəmilərinə texniki xidmət göstərən təşkilatların sertifikatlaşdırılması qaydası;
- mülki hava gəmilərinin və onların komponentlərinin uçuşa yararlılığının saxlanılmasını idarə edən təşkilatların sertifikatlaşdırılması qaydası;
- aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi və digər dövlətdə verilmiş analoji sənədlərin tanınması qaydaları;
- aviasiya personalının dövri olaraq ilkin və təkrar, nəzəri və praktiki testlərdən, psixoloji müayinələrdən keçirilməsi, peşəyə yararlılığını müəyyən edən tibb müəssisələrinin və onların əməkdaşlarının sertifikatlaşdırılması qaydalarını, habelə heyət üzvünün hava gəmisinin bortunda vəzifəsini icra etməsinə yol verməyən xəstəliklərin siyahısı;
- uçuş və kabinə heyətinə təlim keçən təşkilatlara, uçuş və kabinə heyətinin bilik və bacarıqlarını yoxlayan təlimçilərə sertifikatın verilməsi qaydası;
- digər dövlətdə yerləşən aviasiya personalının hazırlığı ilə məşğul olan tədris-təlim mərkəzlərinin tanınması qaydası;
- digər dövlətdə qeydiyyatda olan istismarçılar tərəfindən istismar edilən hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi qaydası;
- uçuş əməliyyatlarının, o cümlədən xüsusi şəraitlərdə uçuş əməliyyatlarının və bu sahədə nəzarətin həyata keçirilməsi qaydası;
- hava gəmilərinin beynəlxalq uçuş əməliyyatlarının, məşq uçuşlarının və xüsusi xarakterli aviasiya fəaliyyəti ilə bağlı uçuşların həyata keçirilməsi qaydaları;
- uçuşların təhlükəsizliyinə nəzarət üzrə tənzimləyici funksiyaların və vəzifələrin ötürülməsi qaydası;
- hava gəmisində daşınması qadağan edilən əşya və maddələrin siyahısı;
- müfəttiş heyətinin aviasiya təhlükəsizliyinin təmin edilməsinə və ya uçuşların təhlükəsizliyinin təmin edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı təlim keçmə qaydaları;
- hava gəmilərinin istismarçıları tərəfindən sərnişin məlumatlarına dair “bir pəncərə” sisteminə ötürülən sərnişinlər barədə ilkin məlumatlar və sərnişin adlarının qeydiyyat məlumatlarının siyahısı, verilməsi, qəbul edilməsi, saxlanılması və digər dövlət orqanları (qurumları) ilə mübadilə edilməsi qaydaları;
- təhlükəli yüklərin mülki hava gəmilərində daşınması qaydaları;
- hərbi avadanlığın (ləvazimatların), hərbi avadanlıq (ləvazimatlar) hesab edilməyən təhlükə potensiallı, o cümlədən xüsusilə təhlükəli yüklərin (malların) mülki və eksperimental hava gəmiləri ilə daşınmasına icazə verilməsi qaydası;
- kommersiya hava daşımalarının, sərnişin, baqaj, yük və poçt göndərişlərinin hava daşımalarının həyata keçirilməsi qaydaları;
- hava məkanından istifadə və uçuş qaydaları;
- hava hərəkəti xidmətlərini təmin edən təchizatçıların, habelə sistemlərin, onların tərkib hissələrinin layihələndirilməsinə, istehsalına və ya texniki xidmətinə cəlb olunan təşkilatların sertifikatlaşdırılması qaydası;
- mülki pilotsuz uçuş aparatlarının istismarı, qeydiyyata alınması və kateqoriyalara bölünməsi qaydaları;
- daimi və ya müvəqqəti coğrafi zonaların təyin edilməsi ilə bağlı meyarlar;