Akif Əli Zadə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

A- A A+

Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, akademik Akif Ağa Mehti oğlu Əli Zadə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

NUHÇIXAN xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

A.Əli Zadə Azərbaycanda elmin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə fəxri diplomla təltif edilib.

Qeyd edək ki, Akif Əli Zadə 1934-cü ildə Bakıda anadan olub. O, 2013-2019-cu illərdə AMEA-nın keçmiş prezidenti olub. Fevralın 25-də akademikin 90 yaşı tamam olur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: