Toplanışların keçirilməsi qaydasına dəyişiklik təsdiqlənib.
NUHÇIXAN-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Dəyişikliklə qanunun 45.5-ci maddəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilib:
“Müvafiq icra hakimiyyəti orqanı toplanışlara cəlb edəcəyi hərbi vəzifəlilərin sayını müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla müəyyən edir.”.