Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, sərəncamda deyilir:
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq, Heydər Əliyev adına tam orta məktəbin 20 illiyi münasibətilə qərara alıram:
Naxçıvan Muxtar Respublikasında təhsil sahəsində səmərəli fəaliyyətlərinə görə:
Əhmədova Nailə Sahib qızı
Əliyeva Məhsəti Saleh qızı
Quliyeva Zülfiyyə Vaqif qızı
Məmmədov Faur Bəhrəm oğlu
Tarışova Xublar Yəhya qızına – “Əməkdar müəllim” fəxri adı verilsin".