Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutu adlandırılır.
NUHÇIXAN xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin adının dəyişdirilməsi və “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 9 iyul tarixli 680 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Fərmana əsasən, Nazirlər Kabineti və Daxili İşlər Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin Nizamnaməsi” yeni redaksiyada verilir.
Nizamnamə ilə buradan tanış olmaq mümkündür.