Prezident İlham Əliyev “2024-cü il üçün Azərbaycan Respublikasının texnika və mədəniyyət sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında” Sərəncam imzalayıb.
NUHÇIXAN xəbər verir ki, Sərəncama əsasən, Dövlət Mükafatı texnika sahəsi üzrə “Xüsusi təyinatlı sürtkü yağlarının yaradılması və istehsalının təşkili” kompleks elmi-texniki işinə görə Vaqif Fərzəliyev, Həqiqət Cavadova və Əfsun Sucayevə, mədəniyyət sahəsi üzrə isə teatr rejissorluğu sahəsində fəaliyyətinə görə Mehriban Ələkbərzadə verilir.