Xanlar Mustafayev Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri təyin edilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov iyunun 4-də Xanlar Mustafayevin Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.

NUHÇIXAN-ın məlumatına görə, sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 7-ci bəndini və 30-cu maddəsini rəhbər tutaraq qərara alıram:

Xanlar Aftandil oğlu Mustafayev Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri təyin edilsin".

Qeyd edək ki, Xanlar Mustafayev  buna qədər Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər nazirinin səlahiyyətlərini müvəqqəti icra edirdi.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: