“Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, iyunun 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamədə dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmana əsasən, Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavin sayı 1-dən 2-yə çatdırılıb. Bir müavin ştatının artmasına görə Əsasnamənin müvafiq bənd və yarımbəndlərində uyğunlaşdırma məqsədilə dəyişiklik edilib.

Digər dəyişikliyə əsasən, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yerli maliyyə orqanlarının xəzinə əməliyyatlarının aparılmasına bank xidmətinin göstərilməsinə Agent-Bankların seçilməsini təmin edəcək.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: