Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov iyunun 5-də Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini və 30-cu maddəsini rəhbər tutaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2023-cü il 3 noyabr tarixli 210-VI FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”nin 5.9-cu bəndinə əsasən qərara alıram:
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 7 nəfərdən ibarət aşağıdakı tərkibi təsdiq edilsin:
Kollegiyanın sədri
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri
Kollegiyanın üzvləri
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavinləri
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Aparatının rəhbəri
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Naxçıvan Regional Bölməsinin rəisi
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Babək Regional Bölməsinin rəisi
“Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu” publik hüquqi şəxsin İdarə Heyətinin sədri".