NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov iyunun 7-də “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, 100 illik yubileyini qeyd edən Kükü kənd tam orta məktəbinin müəllimləri Kərimov Zaur Yusif oğlu və Seyidova Səidə Səməd qızına Naxçıvan Muxtar Respublikasında təhsil sahəsində səmərəli fəaliyyətlərinə görə “Əməkdar müəllim” fəxri adı verilib.