Azərbaycan Dövlət Neft Fondunun İcraçı direktorunun iki müavini olacaq.
NUHÇIXAN-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.
Fərmanla İcraçı direktorun Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini olacaq.
Qeyd edək ki, indiyədək Dövlət Neft Fondunun İcraçı direktorunun bir müavini vardı.