Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Qırğızıstan Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidməti arasında qarşılıqlı ticarətin statistikasına dair məlumatların mübadiləsi sahəsində əməkdaşlıq haqqında Protokol”u təsdiq edilib.
NUHÇIXAN-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.
Dövlət başçısının digər fərmanı ilə Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Qırğızıstan Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidməti arasında gömrük idarəetməsinin təkmilləşdirilməsi məqsədilə əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş təsdiq edilib.
Bundan başqa, Azərbaycan Ədliyyə Nazirliyi ilə Qırğız Respublikası Ədliyyə Nazirliyi arasında hüquqi sahədə qarşılıqlı fəaliyyət haqqında Saziş də təsdiqlənib.
Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Qırğızıstan Rəqəmsal İnkişaf Nazirliyi arasında Qırğız Respublikasında dövlət xidmətləri mərkəzlərinin təkmilləşdirilməsinə dair Anlaşma Memorandumu da təsdiq edilib.
Həmçinin Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Saziş təsdiqlənib.
Bundan əlavə, Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında təhsil və elm sahəsində əməkdaşlıq haqqında Saziş də təsdiq edilib.
Qeyd edək ki, sənədlər bu il aprelin 24-də Bakıda imzalanmışdı.