Pyotr Qlıboçko “Dostluq” ordeni ilə təltif edilib - SƏRƏNCAM

A- A A+

Prezident İlham Əliyev iyulun 8-də Pyotr Qlıboçkonun “Dostluq” ordeni ilə təltif edilməsihaqqında sərəncam imzalayıb.

NUHÇIXAN-ın məlumatına görə, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında təhsil sahəsində əməkdaşlığın və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Pyotr Vitalyeviç Qlıboçko “Dostluq” ordeni ilə təltif edilsin".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: