Prezident İlham Əliyev iyulun 8-də Əziz Əzizovun Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Əziz İmran oğlu Əzizov Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin".