MDB Parlamentlərarası Assambleyasının beynəlxalq müşahidəçiləri partiyaların seçki qərargahlarının nümayəndələri ilə Azərbaycanda növbədənkənar parlament seçkilərinə hazırlığı müzakirə ediblər.
Qurumun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, görüşlər uzunmüddətli monitorinqlər çərçivəsində onlayn rejimdə keçirilib.