Ramiz Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin köməkçisi vəzifəsindən azad edilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun imzaladığı 24 sentyabr 2024-cü il tarixli sərəncama əsasən Ramiz Gülməmməd oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin köməkçisi vəzifəsindən azad edilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin köməkçisi Məmmədov Ramiz Gülməmməd oğlunun 1 sentyabr 2024-cü il tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin VII çağırış seçkilərində 36 saylı Badamlı seçki dairəsindən deputat seçilməsi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin müvafiq qərarı ilə təsdiqlənib. Bunu nəzərə alaraq o, tutduğu vəzifədən azad edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: