Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları təltif edilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşlarının “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Sərəncama əsasən, Bağırova Mənzilə Məsim qızı, Haxverdiyev Əbil Hüseynəli oğlu, Həşimov Nəbi Cəbrayıl oğlu, Hüseynov Həsən Bəhrəm oğlu, Hüseynov Zülqər Şəmil oğlu, İbrahimov Hünbət İbrahim oğlu, Qaybalıyev Vidadi Əkbər oğlu və Məmmədov Rasim Mikail oğlu Naxçıvan Muxtar Respublikasında rabitə və informasiya sahəsində səmərəli fəaliyyətinə görə “Rəşadətli əməyə görə” nişanı ilə təltif ediliblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: