Naxçıvan Dövlət Texniki Kollecinin bir qrup əməkdaşı təltif edilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov fevralın 25-də Naxçıvan Dövlət Texniki Kollecinin bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb.

NUHÇIXAN-ın məlumatına görə, sərəncamda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini və 30-cu maddəsini rəhbər tutaraq, Naxçıvan Dövlət Texniki Kollecinin yaradılmasının 100 illiyi münasibətilə qərara alıram:

Naxçıvan Muxtar Respublikasında orta ixtisas təhsilinin inkişafındakı səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

“Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə

Qasımova Səadət Yaşar qızı

Ruşanov Asəf Əyyub oğlu

“Rəşadətli əməyə görə” nişanı ilə

Bayramova Gülər Allahverdi qızı

Hüseynova Türkan Qurban qızı

Mustafayeva Samirə Müslüm qızı

Rzayeva Ruziyyə Əzim qız”

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: