Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb

A- A A+

Prezident İlham Əliyev Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN xəbər verir ki, Sərəncamla Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinə 650,0 (altı yüz əlli) min manat ayrılıb.

Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: