Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM

A- A A+

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, tanınmış ictimai xadim Yusif Səmədoğlunun (Yusif Səməd oğlu Vəkilovun) 90 illiyi qeyd ediləcək.

NUHÇIXAN xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. 

Sərəncama əsasən, Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, 90 illik yubileyə dair tədbirlər planı hazırlayacaq. 

Qeyd edək ki, bu ilin dekabr ayında Yusif Səmədoğlunun 90 illiyi tamam olur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: