Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin bir qrup şəxsi təltif edilib - SƏRƏNCAM

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 
yaradılmasının 100 illiyi münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini və 30-cu maddəsini rəhbər tutaraq qərara alıram: 

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin yaradılmasının 100 illiyi münasibətilə və məhkəmə orqanlarında səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

“Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə 

Qarayev Sənan Məmməd oğlu

Qaybalıyev Vüsal Rəhim oğlu

“Rəşadətli əməyə görə” nişanı ilə

Axundlu Nihad Rəşadət oğlu
Əlizadə Turac Məhəmməd qızı
Hüseynbəyli Məftunə Firəddin qızı
İmanova Ayşən Natiq qızı".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: