"Ərzaq təminatı xəritəsi" informasiya sistemi yaradılır

A- A A+

Azərbaycanda "Ərzaq təminatı xəritəsi" informasiya sistemi yaradılır.

NUHÇIXAN xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, informasiya sistemi ölkədə ərzaq təminatı sahəsində mövcud vəziyyətin müəyyən edilməsini, bunun əsasında qərarların qəbul edilməsi üçün etibarlı və dayanıqlı informasiyanın yaradılmasını, toplanılmasını, işlənilməsini, saxlanılmasını, axtarışını və məlumatlara əlçatanlıq səviyyəsinin artırılmasını təmin edəcək.

Sistemin sahibi və operatoru funksiyalarını İqtisadiyyat Nazirliyi həyata keçirəcək.

Nazirlər Kabineti informasiya sistemi haqqında əsasnaməni üç ay müddətində təsdiq edib Azərbaycan Prezidentinə məlumat verməli, Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

İqtisadiyyat Nazirliyi isə sistemin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməlidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: