Prezident İlham Əliyev "İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi haqqında" 10 fevral 2025-ci il tarixli fərmanında dəyişiklik edib.
NUHÇIXAN xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələri üzrə icbari tibbi sığorta ödənişləri və dotasiya məbləği üzrə xərclər 1 720 956 292 manatdan 1 642 956 292 manata, o cümlədən tibb müəssisələrində kadr potensialının gücləndirilməsi ilə bağlı xərclər 6 000 000 manatdan 3 000 000 manata, işğaldan azad olunmuş ərazilərdə mobil hospitalların saxlanılma xərcləri isə 2 500 000 manatdan 1 000 000 manata endirilib.
