Prezident İşsizlikdən Sığorta Fondunun 2026-cı il büdcəsini təsdiqləyib

A- A A+

Prezident İlham Əliyev Milli Məclisin dekabrın 9-da qəbul etdiyi "İşsizlikdən Sığorta Fondunun 2026-cı il büdcəsi" haqqında qanunu təsdiqləyib.

NUHÇIXAN xəbər verir ki, qanuna əsasən, gələn il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun (İSF) büdcə xərclərinin 266,4 milyon manat (bu illə müqayisədə 2,2 % çox) olması proqnozlaşdırılır.

Sənədə əsasən, xərclərin 238,3 milyon manatının İSF-nin gəlirlərinin (15,5 % çox), 28,1 milyon manatının isə Fondun cari ilin sonuna istifadə olunmamış qalığının (48,25 % az) hesabına qarşılanması nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: