Prezident İlham Əliyev isveçrəli həmkarına başsağlığı verib

A- A A+

Azərbaycan Prezidenti İlham Əliyev Kran-Montanada baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması ilə əlaqədar İsveçrə Konfederasiyasının Prezidenti Qi Parmölənə başsağlığı məktubu ünvanlayıb.

NUHÇIXAN xəbər verir ki, dövlətimizin başçısı məktubunda qeyd edib: “Kran-Montanada baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması barədə xəbər bizi olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İsveçrə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: