Azərbaycan mədəniyyətinin inkişafı ilə bağlı 6 dövlət proqamı hazırlanacaq

A- A A+

Azərbaycan mədəniyyətinin inkişafı ilə bağlı 6 dövlət proqamının layihəsi hazırlanacaq.

NUHÇIXAN xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlədiyi "Azərbaycan Mədəniyyəti - 2040" Mədəniyyət Konsepsiyasında əks olunub.

Konsepsiyaya əsasən, həmin dövlət proqramları aşağıdakılardır:

1. Azərbaycan dilinin və ədəbiyyatının inkişafı ilə bağlı dövlət proqramı;

2. Azərbaycanın mədəni və təbii irsinin qorunması ilə bağlı dövlət proqramı;

3. İncəsənətin inkişafı ilə bağlı dövlət proqramı;

4. Audiovizual sənayenin inkişafı ilə bağlı dövlət proqramı;

5. Davranış mədəniyyətinin və bilgi mədəniyyətinin inkişafı ilə bağlı dövlət proqramı;

6. Mədəni və yaradıcı sənayenin inkişafı ilə bağlı dövlət proqramı.

Konsepsiyanın əsas hədəflərindən biri də Azərbaycanın öz tarixi coğrafiyasına mədəni qayıdışını, Azərbaycan xalqının məhv edilən və dağıdılan tariximədəni irsinin bərpasını təmin etmək, birləşdirici amil kimi Azərbaycan dilinin regional rolunun bərpasına nail olmaqdır. Təşkilatlanmış mədəni iştirakçılıq Azərbaycanın regional maraqlarının səmərəli şəkildə təmin edilməsində və qonşu ölkələrlə dostluq münasibətlərinin gücləndirilməsində mühüm rol oynayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: