Şuşa ərazisində minatəmizləmə fəaliyyətinin aparılması qaydaları dəyişib

A- A A+

Şuşa ərazisində minatəmizləmə fəaliyyətinin aparılması qaydaları dəyişib.

NUHÇIXAN xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı barədə "Azərbaycanın mədəniyyət paytaxtı-Şuşa şəhəri haqqında" qanuna dəyişikliyi təsdiqləyib.

Belə ki, Şuşa şəhərinin ərazisində minatəmizləmə fəaliyyəti aparılarkən abidə aşkar edildikdə aparılan iş dərhal dayandırılmalı, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verəcəklər. Bu halda işlərin davam etdirilməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul ediləcək.

Eyni zamanda tarixi və arxeoloji əhəmiyyət kəsb edən ərazilərdə minatəmizləmə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) nümayəndəsinin iştirakı ilə aparılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: