Azərbaycanla İordaniya arasında gömrük işi sahəsində əməkdaşlıq sazişi təsdiqlənib.
NUHÇIXAN xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş"in təsdiq edilməsi barədə qanunu imzalayıb.
Sazişə əsasən, razılığa gələn tərəflərin gömrük orqanları, yardımın gömrük qanunvericiliyinin düzgün şəkildə tətbiqi üçün zəruri olduğunu hesab etdikləri təqdirdə, xüsusilə aşağıdakılarla bağlı məlumat eldə etdikdə, öz səlahiyyətləri çərçivəsində bir-birilərini yardımla təmin edirlər:
a) gömrük qanunvericiliyini pozmuş, pozan və ya poza biləcək və digər razılığa gələn tərəfin marağında ola biləcək fəaliyyətlər;
b) digər razılığa gələn tərəfin dövlətinin ərazisində gömrük qanunvericiliyinin əhəmiyyətli dərəcədə pozulmasının obyekti olması bilinən mallar;
c) narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı Konvensiyaları pozan mallar və ya beynəlxalq konvensiyalara və qətnamələrə qarşı hüquqpozma təşkil edən təhlükəli və ikili təyinatlı mallar.
Qeyd edək ki, saziş 2025-ci il noyabrın 27-də Bakı şəhərində imzalanıb.
