Azərbaycanın səfirlik, nümayəndəlik, konsulluq və fəxri konsulluqları haqqında əsasnamələr təsdiqlənib
Azərbaycan Respublikasının Səfirliyi haqqında", "Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında", "Azərbaycan Respublikasının Konsulluğu haqqında" və "Azərbaycan Respublikasının fəxri konsulu haqqında" əsasnamələr təsdiq edilib.
NUHÇIXAN xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən "Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə" Azərbaycan Respublikasının Təmsilçilik Ofisinə, bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən "Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə" isə Azərbaycan Respublikasının Nümayəndəliyinə də şamil edilir.
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
Sözügedən əsasnamələri təqdim edirik:
Azərbaycan Respublikasının Səfirliyi haqqında ƏSASNAMƏ
Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında ƏSASNAMƏ
Azərbaycan Respublikasının Konsulluğu haqqında ƏSASNAMƏ
Azərbaycan Respublikasının fəxri konsulu haqqında ƏSASNAMƏ
