MDB-nin İcraiyyə Komitəsi haqqında Əsasnaməyə dəyişikliklərə dair Protokol təsdiqlənib

A- A A+

"Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsi haqqında Əsasnamə"yə dəyişikliklər edilməsinə dair Protokol" xüsusi qeyd-şərt nəzərə alınmaqla təsdiq edilib.

NUHÇIXAN xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb.

Qeyd-şərtə əsasən, sənəd dövlətlər və digər beynəlxalq hökumətlərarası təşkilatlarla siyasi əməkdaşlıq vә qarşılıqlı fəaliyyət məsələlərində Baş katibin MDB-nin sahəvi əməkdaşlıq orqanlarının işini əlaqələndirmək səlahiyyəti istisna olmaqla təsdiq edilir.

Qeyd edək ki, sənəd 2023-cü il oktyabrın 13-də Bişkek şəhərində imzalanmışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: