Qubanın üç kəndinin adı dəyişdirilib - SƏRƏNCAM

A- A A+

Qubanın üç kəndinin adı dəyişdirilib.

NUHÇIXAN xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında qanunu təsdiqləyib.

Belə ki, Quba rayonunun Vladimirovka kənd inzibati ərazi dairəsi tərkibindəki Vladimirovka kəndi Elbir kəndi adlandırılıb. Vladimirovka kənd inzibati ərazi dairəsi isə Elbir kənd inzibati ərazi dairəsi hesab edilib.

Bundan başqa, Alekseyevka kənd inzibati ərazi dairəsi tərkibindəki Alekseyevka kəndi Çinarlı kəndi, Timiryazev kəndi Bəhrəli kəndi adlandırılıb və Alekseyevka kənd inzibati ərazi dairəsi Çinarlı kənd inzibati ərazi dairəsi olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: