Azərbaycanın Pakistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

A- A A+

Xəzər Nadir oğlu Fərhadov Azərbaycanın Pakistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

NUHÇIXAN xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə İrfan Şakir oğlu Davudov həmin vəzifəyə təyinat alıb.

Qeyd edək ki, X.Fərhadov 2021-ci il iyulun 16-da vəzifəyə təyinat almışdı. O, Prezidentin bugünkü sərəncamı ilə Azərbaycanın Malayziyada səfiri təyin edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: